Interposta.Info

İranın tanınmış sünni din xadimi saxlanıldı - FOTO

Dünya
 21-08-2023, 09:09     254

İranın tanınmış sünni din xadimi Mövləvi Əbdülhəmid saxlanılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı İslam Respublikasının dövlət qurumuna istinadən məlumat yayıb.

Məlum olub ki, onun barəsində cinayət işi cümə xütbələrində çıxışlarına və “güclü təxribat xarakterli mövqe tutmağına” görə açılıb.
“Bununla bağlı ona dəfələrlə xəbərdarlıq edilib, lakin Zahidan şəhərindəki sünni məscidinin imamı öz mövqeyində israr edib”, - deyə Sistan və Bəlucistan əyalətinin Məhkəmə-Ədliyyə İdarəsinin yaydığı bəyanatda deyilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26