Interposta.Info

İran polisinin daha bir cinayəti təsdiqləndi

Dünya
 27-09-2022, 19:56     367

İranın Bəlucistan əyalətində Çabahar polis qüvvələrinin komandiri İbrahim Xoxzai 15 yaşlı qızı zorlayıb.

Qaynarinfo İranın nəzarətdən kənar mediasına istinadən xəbər verir ki, İbrahim Xoxzai 15 yaşlı qızı sorğu-sual etmək adı ilə idarəyə aparıb. Orada isə ona təcavüz edib. Bu hadisə Bəlucistanda etiraza səbəb olub.

Sistan və Bəlucistan əyalətinin imam cüməsi Əbdülqafar Nəqşibəndi faktı təsdiq edib.

O bildirib ki, qızın özü və ailəsi ilə söhbətdən sonra hadisənin təfərrüatları məlum olub. "Bir neçə gündür ki, sosial şəbəkələrdə ürəkağrıdan, dəhşətli bir hadisə barədə məlumat yayılırdı. Ailənin və qızın özü ilə danışıb müzakirə apardıqdan sonra bu iyrənc hadisənin təfərrüatları məlum oldu və belə bir olayın baş verdiyi sibat edildi”, deyə Nəqşibəndi bildirib.


Bəzi iddialara görə, hadisədən sonra Bəlucistandan olan bir qrup fəal İbrahim Xoxzaini qətlə yetirib.

Hələ ki, baş verənlərə İran hakimiyyəti münasibət bildirməyib. Ehtimal olunur ki, Nəqşibəndinin olayı təsdiqləməsindən sonra rəsmi mövqe açıqlanacaq.

Ekspertlər hesab edir ki, bu hadisə İranda Məhsa Əminin öldürülməsinə etiraz olaraq keçirilən aksiyaların daha da alovlanmasına səbəb ola bilər.

Bəlucistan əyalətində yaşayanlar əsasən sünni məzhəbinin təmsilçiləridir. Bu baxımdan, rejimin onlara mənfi münasibət bəslədiyi iddia edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26