Interposta.Info

 

“HONOR” “IFA 2023”sərgisində gələcəyin smartfonlarını təqdim etdi - FOTO

Dünya
 4-09-2023, 14:57     206

Brend “Honor V Purse” yeni ecazkar “telefondan çantaya” konseptini təqdim edib, “HONOR Magic V2” nümayiş etdirib və “HONOR 90” üçün yeni rəng seçimi bazara çıxarıb.

(Berlin, Almaniya, 1 sentyabr 2023-cü il) Qlobal texnologiya brendi “HONOR” “IFA 2023” sərgisində smartfonların gələcəyi ilə bağlı strateji baxışını açıqlayıb. “Gələcəyi kəşf et” adlı əsas hesabatında “HONOR”un baş icraçı direktoru Corc Zhao brendin ən yüngül və ən nazik qatlanabilən smartfonu “Magic V2” də daxil olmaqla, insan mərkəzli ən son yenilikləri ilə “HONOR”un qatlanabilən smartfonları əsas istiqamətə çevirmək əzmini açıqlayıb. Brend, həmçinin “HONOR V Purse” - qatlanabilən smartfonu portativ, dəbli çanta kimi yenidən dizayn edən, üslub və özünü ifadə üçün sonsuz imkanlar təqdim edən yeni konsepsiyasını təqdim edib.

“HONOR”un CEO-su Corc Zhao bildirib ki, “HONOR”un qatlanan smartfonları hər bir versiyasında dizayn, funksionallıq və dayanıqlılıqla bağlı diqqətəlayiq irəliləyişlər nümayiş etdirərək uzun bir yol qət edib. Yalnız bu da deyil, “HONOR V Purse” vasitəsilə ərsəyə gələn “telefondan çantaya” konseptlə yaradıcılığı gücləndirmək və gələcəyin həyat tərzini formalaşdırmaq üçün ortaya çıxan qatlanabilən texnologiyadan yararlanan dayanıqlı həlləri araşdırırıq.

Ən müasir moda texnologiyasının yeni sərhədini cızmaq

“HONOR” gələcək həyat tərzinin formalaşdırılmasında rol oynayacaq yeni “Telefondan çantaya” konsepti olan “HONOR V Purse” məhsulunu təqdim etdi.

“HONOR V Purse” özündə smartfon hərəkət etdikcə reaksiya verən, sallanan zəncirlər, lələklər və qotazlar kimi dizayn elementlərinin də daxil olduğu çanta dizaynını təqlid edən bir sıra fərdiləşdirilə bilən həmişə açıq displeylər (AOD) ilə qatlanabilən smartfonu qüsursuz şəkildə əsl moda ifadəsinə çevirir.

“HONOR” “Burberry” geyim şəbəkəsinin yaradıcı direktoru Bram van Diepen, müasir rəssam Yunuene Esparza, Çin İncəsənət Akademiyasının professoru Yuan Youmin və krossover rəssamı Xiao Hui Wang da daxil olmaqla, “HONOR Talents Global Design Awards” platformasının ən yaxşı mədəniyyət nümayəndələri ilə sonsuz moda imkanları təklif edən cihaz üçün bir sıra fərdi “AOD”lar dizayn etmək naminə bir araya gəlib.

“HONOR Magic V2”nin ilk qlobal nümayişi
“HONOR” “IFA 2023” sərgisində ilk dəfə özünün qatlanan “HONOR Magic V2” flaqman smartfonunu qlobal bir tədbirdə nümayiş etdirib. “HONOR Magic V2”, “HONOR”un bu günə qədər təqdim etdiyi ən yüngül və ən incə daxilə qatlana bilən smartfondur, çəkisi cəmi 231 qramdır, qatlananda cəmi 9,9 mm qalınlığındadır. Cihaz incə və yüngül qatlanabilən flaqman korpusu sahəsində yerləşən 5000 mAh-a qədər yüksək tutuma malik qalınlığı orta hesabla 2,72 millimetr olan yeni nəsil silikon-karbon cüt batareya xüsusiyyətinə sahibdir.

“HONOR Magic V2”nin şarniri 400 000 qatlanmaya tab gətirdiyi, gündə 100 dəfə qatlanmaqla 10 ilə qədər istifadə müddətini təmin etdiyi üçün SGS-in arzulanan dayanıqlılıq sertifikatını da qazanıb.

“HONOR Magic V2” 50 Mp əsas kamera (f/1.9), 50 Mp ultra geniş kamera (f/2.0) və 20 Mp telefoto kamera (f/2.4) daxil olmaqla üçlü arxa kamera qurğusuna malikdir. Ön tərəfə baxan ikili kamera qurğusunda iki ədəd 16 Mp kamera (f/2.2) var.

EISA mükafatının qalibi “HONOR 90”a yeni rəng

Məhsul yeniləmələrini tamamlayan “HONOR”, həmçinin “HONOR 90”ın Təsvir və Səs üzrə Ekspertlər Assosiasiyasının (Expert Imaging and Sound Association (EISA) “Best Buy Smartphone 2023-2024” mükafatını qazandığını elan edib. Qələbəni qeyd edən “HONOR” şirkəti “HONOR 90” üçün dünya miqyasında trenddə olan “Peacock Blue” rəngini təqdim edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26