Interposta.Info

65 min dollar təqaüd qazanan azərbaycanlı tələbə vəfat etdi- Fotolar

Ölkə
 29-07-2019, 20:39     10 390

Türkiyənin Bilkent Universitetində təhsil alan azərbaycanlı tələbə İbrahim Abbasov vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, universitetin Mexanika Mühəndisliyi fakültəsində təhsil alan həmyerlimiz iki gün öncə xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, İbrahim Abbasov kifayət qədər savadlı tələbə olub. O, vaxtı ilə Sabahın Alimləri yarışmasında qızıl medal qazanıb. Bundan başqa, liseyi qızıl medalla bitirib. Həmin il qəbul imtahanında 665 bal toplayaraq ali məktəbə qəbul olub. 2016-cı ildə isə Türkiyənin Bilkent Universitetinə 65,000 dollar (110 min 500 manat) ekvivalentli təqaüd qazanaraq pulsuz təhsil alma şansı qazanıb. 4-cu kursa hazırlaşan İbrahim Abbasov universitetin “Yüksək Şərəf” (High Honor) titullu tələbəsi olub.

İnterPosta.info

65 min dollar təqaüd qazanan azərbaycanlı tələbə vəfat etdi- Fotolar
65 min dollar təqaüd qazanan azərbaycanlı tələbə vəfat etdi- Fotolar
65 min dollar təqaüd qazanan azərbaycanlı tələbə vəfat etdi- Fotolar

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26