Interposta.Info

Ukraynada F-16-ların istifadəsi 2024-cü ilin yazında başlayacaq - Reznikov

Dünya
 28-08-2023, 09:33     225

Qərbin vəd etdiyi F-16 qırıcıları gələn ilin yazında ilk dəfə ukraynalı pilotlar tərəfindən istifadə oluna bilər.

APA-nın məlumatına görə, bunu Ukraynanın müdafiə naziri Aleksiy Reznikov "Bild” qəzetinə müsahibəsində deyib.

"Mən deyərdim ki, bu, gələn ilin yazında baş verə bilər, çünki biz pilotlarımız, mühəndislərimiz və texniklərimiz üçün təlim kurslarına başlamışıq”, - Reznikov bildirib.

Eyni zamanda o əlavə edib ki, Ukraynada təyyarələr üçün infrastruktur hazırlamaq lazımdır.

"Yəqin ki, buna ən azı altı ay, bəlkə də bir az daha vaxt lazım olacaq”, - deyə nazir bildirib.

Reznikov əmin edib ki, F-16 qırıcılarından istifadə müharibədə "əsas dönüş nöqtəsi” olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26