Interposta.Info

Rusiya hücuma hazırlaşır: 1800 tank, 3950 ZT, 2700 AS, 810 MLRS, 400 qırıcı, 300 helikopter...

Dünya
 9-02-2023, 19:45     253

Rusiya qüvvələri gələcək hücum üçün artıq 1800 tank, 3950 zirehli texnika, 2700 artilleriya sistemi, 810 MLRS, 400 qırıcı təyyarə və 300 helikopter hazırlayıblar.

"İnterPosta"xəbər verir ki, bu barədə "Foreign Policy” adının açıqlanmasını istəməyən Ukrayna hərbi rəsmisinə istinadən yazır.

"Rusiya gələcək hücum üçün silahlanmağa başlayıb. Ukrayna hərbi hesablamalarına görə, Rusiyanın artıq 1800 tankı, 3950 zirehli texnikası, 2700 artilleriya sistemi, 810 Sovet dövründən qalan "Qrad" və "Smerç" kimi reaktiv yaylım atəşi sistemi, 400 qırıcı və 300 helikopter yeni hücum dalğasına hazırdır”, - mənbə deyir.

Ukrayna rəsmiləri Ukraynadakı rus qoşunlarının sayının 300 mini keçdiyini təxmin edir.

İndi Rusiyanın Ukraynadakı mövcudluğu Rusiya prezidenti Vladimir Putinin 2022-ci ilin fevralında yerləşdirdiyi işğal qüvvələrini xeyli üstələyir və bu dəfə onlar Ukraynanın şərqində cəmləşiblər.

ABŞ-ın yüksək rütbəli hərbi rəsmisinin sözlərinə görə, Pentaqon artıq döyüş meydanına yerləşdirilən rus qoşunlarını "zəif təchiz edilmiş, zəif təlim keçmiş və tələsik” adlandırıb.

Pentaqon hesab edir ki, Kreml Donbasdakı Baxmut və Soledar şəhərləri uğrunda gedən döyüşlərdə dəyən itkiləri əvəz etmək üçün on minlərlə hərbçi göndərməyə başlayıb, lakin Kiyev əmindir ki, Putin fevralın 24-dək yeni qoşunları səfərbər etməklə daha da irəli gedə bilər.

Anonimlik şərti ilə Ukrayna hərbçisindən sitat: "Bu, birinci dalğa zamanı olduğundan qat-qat çoxdur. Onlar heç bir qurban və itkiyə fikir vermirlər”.
Rəsmi nəşrə həmçinin bildirib ki, Ukrayna "yaxın 10 gün ərzində yeni, nəhəng hücum” gözləyir.

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov fevralın 24-də işğalın ildönümü yaxınlaşdıqca Rusiya əməliyyatlarının artacağını gözlədiyini bildirib.
Analitiklər və Ukrayna rəsmiləri gözlənilən hücumunun Ukraynanın şərqinə yönəldiləcəyini gözləyirlər.

ABŞ və Qərb rəsmiləri Ukraynada gedən döyüşlərdə 200 minə yaxın rusiyalı hərbçinin öldüyünü və ya yaralandığını təxmin edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26