Interposta.Info

ÜST: Dünyada COVID-19-a yoluxma halları artmağa başlayıb

Dünya
 18-08-2023, 09:43     236


İyulun 17-dən avqustun 13-dək dünyada 1 milyon 400 mindən çox insan koronavirusa yoluxub.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Həmçinin bildirilir ki, yuxarıda qeyd olunan müddət ərzində 2 300-dən çox insan COVID 19-dan dünyasını dəyişib.

ÜST bəyan edir ki, mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin sona çatmasına baxmayaraq, COVID-19 infeksiyası dünyada əsas təhlükə mənbəyi olaraq qalmaqdadır.
Bununla əlaqədar olaraq təşkilat ölkələri diqqətli olmağa, mütəmadi müşahidə və hesabat aparmağa, yüksək riskli qrupları peyvəndlə təmin etməyə, ventilyasiyanı yaxşılaşdırmağa çağırıb./TASS

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26