Interposta.Info

ÜST: Son bir gündə dünyada koronavirusa 136,5 min nəfər yoluxub

Dünya
 12-06-2020, 23:02     754

Dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 7,4 milyon nəfəri ötüb, 418 mindən çox insan yeni növ virusdan ölüb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına əsasən, son bir gün ərzində yeni növ koronavirusa 136 min 572 yoluxma qeydə alınıb, COVID-19 analizi müsbət çıxmış 4925 nəfər ölüb. Beləliklə, dünyada təhlükəli virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 7 milyon 410 min 510 təşkil edir. İndiyədək virusun aşkarlandığı ayrı-ayrı ölkələrdə 418 min 294 nəfər koronavirusun qurbanı olub.

Koronavirusa ən çox yoluxma Şimali və Cənub Amerikada qeydə alınıb. Bu qitədə 3 milyon 560 min 591 nəfərin COVID-19 analizi müsbət olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26