Interposta.Info

 

Türkiyənin məşhur serialının aktyoru “TikTok”da fırıldaqçılıqla bağlı şübhəli qismində dindirildi - FOTO

Dünya
 15-08-2023, 09:01     255

Türkiyədə “TikTok” sosial media platformasında fırıldaqçılıq yolu ilə 1,2 milyard Türkiyə lirəsi dəyərində gəlir əldə etdikləri ittihamı ilə 163 nəfər saxlanılıb.

Saxlanılanlardan 10-u həbs edilib.

42 fenomenə məxsus 1700 bank hesabı, bütün virtual pul aktivləri, 32 mənzil, 1 villa, 9 torpaq sahəsi, 6 iş yeri, 38 lüks avtomobil, 14 şirkətə məxsus ortaqlıq payları məhkəmənin qərarı ilə müsadirə edilib.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən fırıldaqçı dəstəyə qarşı aparılan istintaq zamanı Türkiyənin məşhur “Emret komutanım”, “Lise kitabı”, “Sakarya Fırat” kimi seriallarında və “Komutanım Şah Mat”, “Uzun hikaye” və “Kolpaçino 3 devre” filmlərində rol alan aktyor Ferdi Kurtuldu da açıqlama verib.

Ferdi Kurtuldunun şübhəli qismində ifadə verdiyi məlum olub.

Kurtuldu açıqlamasında 20 ilə yaxındır kino və teatrda aktyorluq etdiyini, ayda təxmini 20-30 min pul qazandığını, yaşadığı evin ailəsinə məxsus olduğunu, heç bir kirayə haqqı vermədiyini, başqa gəlir mənbəyinin də olmadığını bildirib.

Aktyor 3-4 ay əvvəl bir xarici nömrədən ona zəng gəldiyini və zəng edənin ona link göndərdiyini, linkin isə “Facebook” səhifəsinə yönləndiyini deyib. O qeyd edib ki, zəng edən şəxs “Telegram” hesabı açacağını deyərək ona mavi işarəsinin lazım olduğunu bildirib. Ferdi Kurtuldu isə həmin şəxsi hər yerdən bloklayıb.
Prokurorluq ifadəsindən sonra aktyoru sərbəst buraxıb.

Həmçinin “Adana sıfır bir” serialında oynayan Furkan Selahattin Konuş adlı şəxsin də “TikTok”da istifadəçi olmamasına baxmayaraq hesabında 1 milyon 142 min lirə olduğu və pulun bir hissəsinin 116 əməliyyat vasitəsilə bəzi şəxslərə köçürüldüyü məlum olub.

Qeyd edək ki, “TikTok” sosial media platformasındakı yayımları araşdıran İstanbul Kibercinayətlərlə Mübarizə Şöbəsinin qrupları aparılan söhbətlərdən şübhələnərək hərəkətə keçib. Müəyyən edilib ki, bəzi istifadəçilər “TikTok”da “Jeton” adlı virtual pul ala bilirlər və sonra bu birdəfəlik jetonu müqavilə bağladıqları fenomenlərə göndərirlər, fenomenlər isə pulu əvvəlcədən müəyyən edilmiş hesablara köçürürlər.

Həmçinin pul göndərmək üçün istifadə edilən kredit kartlarının da oğurlandığı və ya kopyalandığı aşkar edilib. Yayım edənlərin və pul göndərənlərin 4000-dən çox bank hesabı əməliyyatları ilə bağlı da araşdırılıb. Araşdırmalar zamanı bu hesablara 1,2 milyard lirəlik bir pul axının olduğu müəyyən edilib.\habergolbal

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26