Bu qız 60 saniyəlik videodan 200 min dollar qazanır (FOTOLAR)

Son illərin populyar sosial şəbəkə platforması TikTok-un fenomenləri bəzi firmalarla bağladıqları müqavilə əsasında 60 saniyəlik video paylaşımlarından 200 min dollar qazanırlar.
Onlardan biri də 17 yaşlı amerikalı fenomen Loren Qreydir. 38 milyon izləyicisi olan Laranın paylaşımları gündəlik 2 milyarddan çox bəyənmə alır. O kanalında rəqs edir, məhsulları təqdim edir və vloq çəkir.
O, TikTokdan əvvəl də sosial şəbəkə fenomeni idi. Lorenin 2015-ci ildə açdığı Musical.ly hesabı qısa müddətdə tanınaraq, ən məşhur adlar sırasında yer alıb.
Qrey 2018-ci ildə Virgin Recordsla müqavilə imzalayaraq musiqiyə professional giriş edib. Bundan sonra onun "My Story" mahnısı bazara çıxarılıb. Milyonlarla izləmə qazandıqdan sonra yeni mahnılar yazdırmağa başlayıb./qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26