Interposta.Info

Dollar satışı:

İqtisadiyyat / Ölkə
 10-02-2017, 09:49     833

Dollar satışı:
Banklar aktiv spekulyasiyaya girişiblər.

interposta.info bildirir ki, Axar.az xəbər verdiyi kimi, bu barədə iqtisadçı ekspert Samir Əliyev yazıb. O bildirib ki, artıq spekulyasiyanın nəticəsi olaraq dollar süni sürətdə ucuzlaşdırılır:

“Banklar vəziyyətdən sui-istifadə edərək alış qiymətini kəskin aşağı salıblar. Rəsmi məzənnə 1 dollar üçün 1,82 manat olduğu halda alış qiyməti 10% ucuz - 1,65 manata endirilib. Satış isə ən çoxu 4% bahadır. Bankların satdığı dolların spredi (alış ilə satış arasındakı fərq) 3%-dən 15%-ə qədər dəyişir. Yəni ən az qazanan bank 3%, ən çox qazana bank isə 15% qazanır. Ortalama bankların gündəlik qazancı 7-9% arasında dəyişir.

Mərkəzi Bankın rəsmi məlumatına əsasən, ölkə üzrə gündəlik dollar alışı 7-8 milyon, satışı isə 8-10 milyon dollar arasında dəyişir. Bu göstərici illər üzrə dəyişir və 2014-2016-cı illərdə kəskin artıb. 2015-ci ildə özünün pik həddinə çatıb”.

İqtisadçının sözlərinə görə, banklar gündəlik aşağı qiymətə aldığı 7-8 milyon dolları baha qiymətə satdıqda təxminən 500-700 min dollar arası qazanc əldə edirlər:


“Aldıqlarından əlavə, 1-2 milyon dollar satır və qazanclarını daha da artırırlar. Banklar aktiv spekulyasiyaya girişiblər və alğı-satqı fəaliyyəti ilə gündə ən azı 600-900 min dollar qazanırlar. Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası prosesə müdaxilə etməlidir”.

Qeyd edək ki, ötən gün bənzər açıqlama ilə iqtisadçı Vüqar Bayramov da çıxış etmiş və Mərkəzi Bankın olaya müdaxilə etmək ehtimalının yüksək olduğunu bildirmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26