Interposta.Info

Dünyanın ən gənc milyarderi: Kayli Cenner kimdir?

Ölkə
 9-03-2019, 10:14     11 264

Nüfuzlu "Forbes" dərgisinin məlumatına görə, dünyanın ən gənc milyarderi Kayli Cenner olub.

İnterPosta.info
BBC-yə istinadən xəbər verir ki, 21 yaşlı Kayli sərvətini qurucusu olduğu kosmetika şirkəti hesabına əldə edib. Məşhur biznes-leydi adını siyahıya yazdırmaqla, 23 yaşında dünyanın ən gənc milyarderi ünvanına sahib olmuş "Facebook" sosial şəbəkəsinin qurucusu Mark Zukerberqi taxtından salıb.

Cennerin adını daşıyan kosmetika şirkətinin ötən il 360 milyon dollarlıq satış gerçəkləşdirdiyi ehtimal edilir. O, sözügedən şirkəti 4 il öncə yaradıb.

Cenner "Forbes" dərgisinə verdiyi açıqlamada belə bir şeyi gözləmədiyini və şirkəti yaradarkən böyük sərvət əldə edəcəyini düşünmədiyini bildirib: "Lakin yaxşı hiss edirəm. Təqdir edilmək xoşuma gəlir".

Maraqlısı budur ki, Kayli Cenner belə qısa müddətdə necə zəngin ola bilib?

Təbii dodaqlarına görə özünə güvəni zəif olduğundan müxtəlif kremlər istifadə etdiyini etiraf edən Cenner 2015-ci ildə "Kylie Cosmetics" brendini bazara çıxarıb. Təəccüblü bir şəkildə internet üzərindən onun məhsullarına tələb digər ənənəvi kosmetika məhsulları ilə müqayisədə daha çox olur. Hətta qısa zamanda o qədər məşhurlaşır ki, məhsullar bitir. Çünki Kayli Cennerin özü də sosial şəbəkə fenomeni idi. 18-34 yaş aralığında olan 128 milyon "Instagram" izləyicisi şirkətin əsas hədəf auditoriyası olur.

"Forbes" ötən il yayımladığı xəbərdə şirkətin gəliri ilə müqayisədə xərclərinin çox az olduğunu yazıb. Bunun səbəbi isə satışların onlayn aparılmasıdır. Çatdırılma işləri isə kuryerlər vasitəsilə həll olunur. Cennerin özü sosial şəbəkə fenomeni olduğundan marketinq xərcləri də çox az miqdardadır.

Anası Kris Cenner isə şirkətin meneceri olaraq uşaqlarının maliyyə işlərinə nəzarət edir və bu şəkildə ailəsinin milyon dollarlıq bir imperatorluğa çevrilməsini təmin edir. Bunun qarşılığında satışlardan 10 faiz pay alan Kris Cenner maliyyə işlərindən ictimaiyyətlə əlaqələrə kimi bir çox vəzifələri yerinə yetirir. Kaylinin məhsullarının belə qısa zamanda satılmasını görən anası bu sahədə yaxşı iş fürsətləri olduğunu anlayır. "Shopify" adlı platforma quran Kris Cenner "Kylie Cosmetics" məhsullarının daha geniş auditoriyada satış aparmasını təmin edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26