Interposta.Info

Danimarka Quranın yandırılmasını qadağan edə bilər

Dünya
 31-07-2023, 09:10     325

Danimarka hakimiyyəti müəyyən dinlərdən və ya digər dövlətlərdən olan dindarların təhqir edilməsinə səbəb ola biləcək ictimai tədbirlərin keçirilməsinə məhdudiyyətlər tətbiq etmək imkanını nəzərdən keçirməyə hazırlaşır.

Dəyişikliklər krallığın ifadə azadlığını qoruyan konstitusiyasına zidd olmamalıdır.

Qeyd olunub ki, Danimarka hökuməti, məsələn, digər ölkələrin, mədəniyyətlərin və dinlərin təhqir olunduğu və bunun Danimarka üçün ən azı təhlükəsizliklə bağlı ciddi mənfi nəticələrə səbəb ola biləcəyi xüsusi vəziyyətlərə müdaxilə imkanlarını araşdıracaq.
Digər ölkələrdə rezonans doğuran sonuncu aksiya iyulun 24-də yerli polisin icazəsi ilə Kopenhagendə Quranın yandırılması olub. O, bir sıra İslam ölkələrində İsveçdə analoji nümayişə qarşı etiraz aksiyaları fonunda baş verib. Bunu yerli polisin icazəsi ilə İraqdan olan 37 yaşlı Salvan Momika adlı mühacir həyata keçirib

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26