Interposta.Info

 

ABŞ dronları Rusiyanın hərbi cinayətlərini sənədləşdirəcək

Dünya
 28-07-2023, 15:41     300

Amerika Birləşmiş Ştatları Ukraynaya doqquz ədəd “Skydio” dronu verəcək.

Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) saytında məlumat verilib.

Bu dronlar Baş Prokurorluq Ofisinə Rusiyanın hərbi cinayətləri ilə bağlı sübutların toplanmasına kömək edəcək.

“Bu dronlar Baş Prokurorluq Ofisinə mülki infrastrukturun dağıdılması ilə bağlı 115 mindən çox hadisəni, eləcə də cəbhəyanı icmalarda və işğaldan azad edilmiş ərazilərdə insan hüquqlarının pozulması faktlarını sənədləşdirməyə kömək edəcək. Bu pilotsuz təyyarələr Baş Prokurorluğun komandası üçün olduqca vacib əhəmiyyət kəsb edir. Çünki onlar Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən törədilən müharibə cinayətləri və insan hüquqlarının pozulması hallarını yaşamış insanlar üçün ədalət axtarışındadırlar”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, “Skydio 2+” dronları 4K kameraya malikdir. Onlardan foto və videomaterialların köməyi ilə rusiyalıların hərbi cinayətlərinin sənədləşdirilməsi üçün istifadə edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Haaqada Ukraynaya qarşı təcavüz cinayətlərinin mühakiməsi üzrə Beynəlxalq Mərkəz fəaliyyətə başlayıb. Bu mərkəz Rusiyanın Ukraynaya müdaxiləsinin araşdırılmasında açar rolunu oynayacaq və gələcək məhkəmələr üçün işlərin yaradılmasına töhfə verəcək.\ZN.ua

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26