Interposta.Info

Pentaqondan Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı açıqlama: “Quru dəhlizini kəsməyi hədəfləyir”

Dünya
 27-07-2023, 15:27     308

“Hazırda Ukrayna Müdafiə Qüvvələri ölkənin cənub-şərqində əks-hücum əməliyyatının əsas zərbəsini endirir. Digər qüvvələr ehtiyatda qalır”.

Bu barədə “New York Times” nəşri Pentaqonun iki nümayəndəsinin iddialarına istinadən məlumat verib.

Bununla bağlı dərc olunmuş materialda qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin qərbində genişmiqyaslı mexanikləşdirilmiş əks-hücum əməliyyatına başlayıb. Yeri gəlmişkən, ABŞ rəsmilərinin şərhləri Zaporojye vilayətinin artilleriya döyüşlərinin getdiyi cənub cəbhə xətti boyunca vəziyyətlə bağlı Kiyevin verdiyi rəsmi məlumatlarla üst-üstə düşüb.

“Ukrayna rəsmiləri ABŞ rəsmilərinə bildiriblər ki, Ukrayna Silahlı Qüvvələrinin gücləndirilmiş qruplaşmaları Rusiyanın minalanmış sahələrindən keçməklə cənuba doğru irəliləmək, həmçinin işğal altında olan Tokmok şəhərinə və uğur əldə edilərsə, Melitopola doğru hərəkət etmək üçün əməliyyat keçirəcək”, - deyə materialda bildirilib.

“Ukrayna Silahlı Qüvvələri işğal olunmuş Krımla Ukraynanın cənubunda düşmən tərəfindən müvəqqəti ələ keçirilən ərazilər arasında quru dəhlizini kəsməyi hədəfləyir. Və ya ən azından strateji əhəmiyyətli yarımadanı öz artilleriyasının əhatə dairəsinə salacaq qədər irəliləmək məqsədi güdür. Bu, böyük sınaqdır”, - deyə onlardan biri qeyd edib.

Ukraynanın Vaşinqtondakı rəsmilərinin sözlərinə görə, yeni əməliyyat uğurlu olarsa, bir-üç həftə davam edə bilər./New York Times

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26