Interposta.Info

Nigeriyada benzindaşıyan maşın partlayıb, ölənlər və yaralananlar var

Dünya
 24-07-2023, 18:18     393

Nigeriyanın Onda əyalətində sakinlər qəzaya uğramış yanacaqdaşıyan maşından benzin çıxarmağa çalışarkən maşın partlayıb.

Polisin bildirdiyinə görə, partlayış nəticəsində azı 20 nəfər həlak olub, yaralananlar var.

Qeyd edək ki, dəmiryolu infrastrukturu köhnə və yararsız olduğu üçün neft məhsullarının ölkə daxilində daha çox avtomobil yolu ilə daşındığı Nigeriyada yanacaqdaşıyan maşınların qəzaları tez-tez baş verir./punch

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26