Interposta.Info

 

ABŞ-də kütləvi qətllərin sayına görə antirekord qeydə alındı

Dünya
 15-07-2023, 09:05     282

ABŞ-də 2023-cü ilin ilk altı ayında ən azı 28 kütləvi qətl hadisəsi baş verib ki, bu da 2006-cı ildən bəri ən yüksək göstəricidir.

Məlumata görə, əvvəlki antirekord 2022-ci ilin ikinci yarısında qeydə alınıb. O zaman ölkədə 27 qırğın hadisəsi baş verib.

2023-cü ildə 28 qətl hadisəsindən 27-si odlu silahdan istifadə etməklə törədilib. Faciələrdən yalnız biri yandırma nəticəsində baş verib. Hadisələr nəticəsində azı 140 nəfər ölüb.
Xatırladaq ki, ABŞ-nin “Gun Violence Archive” qeyri-kommersiya qrupunun məlumatına görə, 2022-ci ildə Birləşmiş Ştatlarda baş verən atışma hadisələri 43,6 mindən çox insanın həyatına son qoyub.\TASS

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26