Interposta.Info

Bərdədə dəhşətli qətl hadisəsi baş verib

Ölkə
 2-03-2019, 09:15     10 441

Bərdədə dəhşətli qətl hadisəsi baş verib.

ONA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kəltəparak kəndində baş verib.

Ər arvadı 27 yaşlı Qurbanova Nəvatı baltalayıb. Daha sonra qayınanası Qarayeva Rahiləyə bir neçə balta zərbəsi endirib və ona məxsus evi yandırıb. R. Qarayeva ağır yanıq xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.

Məlumata görə ər 6 yaşlı qızı Qurbanova Fatiməni götürərək qaçıb.

Qeyd edək ki, N. Qurbanova 1 ilə yaxındır ki anasının evində yaşayırmış. N. Qurbanova əri ilə boşanmaq istəyib.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Bərdədə dəhşətli qətl hadisəsi baş verib
Bərdədə dəhşətli qətl hadisəsi baş verib

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26