Interposta.Info

 

Kanadanın paytaxtında güclü tornado - VİDEO

Dünya
 14-07-2023, 19:45     269

Kanadanın paytaxtı Ottavanın cənub hissəsində baş verən qasırğa 125 yaşayış evinə ciddi zərər vurub.

Məlumat Kanadanın yerli kütləvi informasiya vasitələrində dərc edilib.

Şahidlərin bildirdiyinə görə, tornado təxminən 30-45 saniyə ərzində meydana gəlib.

Təbii fəlakət əsasən yaşayış evlərinin damlarını yararsız hala salıb, ağacları kökündən çıxarıb.
Məlumat üçün əlavə edək ki, Ottavada tornadoya nadir hallarda rast gəlinir.\CTV

İnterPosta.info
[media=https://baku.tv/embed/90044]

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26