Interposta.Info

Kanadada tibbi maska məhdudiyyəti ləğv edilir

Dünya
 9-02-2022, 09:22     291

Kanadanın Saskaçevan regionu ölkədə koronavirus məhdudiyyətlərinin sona çatması ilə bağlı qərar qəbul edən ilk bölgə olub.

"Report" xəbər verir ki, bu barədə CTV telekanalı regionun rəhbəri Skott Moya istinadən bildirib.

Qərara əsasən, fevralın 14-dən peyvənd olunmamış vətəndaşların hüquqlarını ciddi şəkildə məhdudlaşdıran peyvənd pasportu rejimi fəaliyyətini dayandıracaq. Obyektlərdə tibbi maska ​​rejimi isə martın 1-dən ləğv ediləcək.

Kanadanın baş həkimi Tereza Tam bildirib ki, ölkə hakimiyyəti COVID-19 pandemiyası ilə bağlı mövcud məhdudiyyətlərə, o cümlədən peyvənd pasportlarına olan ehtiyaca yenidən baxmalıdır.

Bütün bunlar yanvarın 29-da Ottavada başlayan və hələ də davam edən Kanadalı yük maşınları tərəfindən başladılan koronavirus məhdudiyyətlərinə qarşı kütləvi etirazın fonunda baş verir. Nümayişçilər federal və regional hakimiyyət orqanlarından bütün məhdudiyyətləri aradan qaldırmağı tələb edirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26