Interposta.Info

 

Ukrayna epidemioloji fəlakətin astanasında - VİDEO

Dünya / Manşet
 3-07-2023, 16:02     201

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gün Xarkov, Donetsk, Xerson, Zaporojye və Odessa vilayətləri Rusiya ordusunun hücumuna məruz qalıb.

Məlumata görə, dron hücumunun qarşısı Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən alınıb.
Həmçinin qeyd edilib ki, Xersonda epidemioloji fəlakət təhlükəsi davam edir.

“İstər Ukraynanın nəzarətində qalan, istərsə də işğal olunmuş ərazilərdə küçə heyvanlarının kütləvi şəkildə boğularaq ölməsi və suyun çəkilməsindən sonra onların leşlərinin küçələrdə qalması nəticəsində epidemioloji və infeksion xəstəliklər yayıla bilər. Ağır döyüşlərin getməsi səbəbindən ərazidə təmizlik işlərinin aparılması çətinləşib”, - deyə jurnalist əlavə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26