Interposta.Info

“Bayraktar” ləqəbli azərbaycanlı oğurlanan ukraynalıları xilas etdi - VİDEO

Gündəm
 21-02-2023, 18:19     439

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfəri ərəfəsində bütün ölkə üzrə hava həyəcan siqnalı verilib.

“Bir çox vilayətlər Rusiya Ordusunun raket və dron hücumlarına məruz qaldı. Xüsusilə Xarkov və Xerson vilayətlərində ciddi dağıntılar oldu. Xersona, həmçinin diversiya hücumları təşkil olundu”, - deyə jurnalist əlavə edib.

Qeyd edilib ki, Rusiyada yenidən səfərbərliyin gözlənildiyi, Ukraynaya daha genişmiqyaslı hücum ediləcəyi ilə bağlı məlumatlar yayılıb.

O da bildirilib ki, Xersonda Ukrayna Silahlı Qüvvələrinin “Bayraktar” ləqəbli azərbaycanlı hərbçisi Rusiya Ordusunun oğurladığı 2 ukraynalı qadını və 3 uşağı xilas edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26