Interposta.Info

Rusiya İran dronları ilə Kiyevə hücum edib - VİDEO

Dünya
 5-10-2022, 15:48     414

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, son günlər Odessa, Nikolayev, Xarkov, Zaporojye və hətta Kiyev vilayəti də kamikadze dron hücumlarına məruz qalır.

“Dronlardan səkkizi Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Aşkar olunub ki, bunlar İran istehsalı olan “Şahid-136” kamikadze dronlarıdır”, - deyə qeyd edilib.

Əlavə olunub ki, dron hücumları nəticəsində bir sıra yaşayış yerlərinə, infrastrukturlara ciddi ziyan dəyib, yaralananlar var.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Donetsk və Xerson vilayətləri istiqamətində irəliləyişləri davam etdirir. Bildirilir ki, Xersonda daha iki yaşayış məntəqəsi işğaldan azad edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26