Interposta.Info

Xersonda ekoloji fəlakətin fəsadları: İnfeksion xəstəliklər meydana gəlir 

Dünya
 21-06-2023, 17:55     231

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Rusiya ordusu tərəfindən Ukraynanın əksər vilayətlərinə raket və dron hücumu həyata keçirilib. Hücumların çoxunun qarşısı Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən alınıb.

Mübariz Aslanovun sözlərinə görə, xüsusilə Donetsk, Xerson və Zaporojyedə vəziyyət gərgin olaraq qalır.

“Ukrayna ordusu Zaporojye Elektrik Stansiyasını azad etməyə çalışsa da, Rusiya silahlı qüvvələrinin ərazini minalaması səbəbindən buna nail ola bilmir”, - deyə jurnalist əlavə edib.
O da bildirilib ki, Xersonda Kaxovka Su Elektrik Stansiyasının bəndinin partladılması nəticəsində yaranan ekoloji fəlakət davam edir:

“Suyun səviyyəsinin tədricən enməsinə baxmayaraq, orada ciddi infeksion xəstəliklər meydana gəlir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26