Interposta.Info

 

Rusiya idmançıları dünya çempionatında iştirak edə bilməyəcəklər

Dünya
 29-06-2023, 22:08     209

Rusiyalı idmançılar Çex Respublikası ərazisində keçirilən hər hansı turnir və matçlarda iştirakdan kənarlaşdırılıb. Məlumata görə, bu barədə hökumətin iyunun 28-də keçirilən iclasında qərar verilib.

Qadağa Rusiya Federasiyasını təmsil edən ayrı-ayrı idmançıların və idman komandalarının Çex Respublikası ərazisində təşkil olunan idman yarışlarında, matçlarda iştirakına aiddir. Eyni zamanda, çexiyalı idmançılar da Rusiya ərazisində yarışlarda iştirak edə bilməzlər.

Beləliklə, Rusiya faktiki olaraq 2024-cü ildə Çex Respublikasında keçiriləcək hokkey üzrə dünya çempionatında iştirak edə bilməyəcək.\izvestiya

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26