Interposta.Info

Almaniya DİN-in rəhbəri rusiyalı idmançıları ölkəyə buraxmayacağı ilə hədələdi

Dünya
 10-04-2023, 14:02     251

Almaniyanın daxili işlər naziri Nensi Fezer Beynəlxalq Olimpiya Komitəsi (BOK) yarışlarda iştiraka icazə verərsə, rusiyalı idmançıların ölkəyə girişini qadağan etməklə hədələyir.

"İnterPosta"ntv-yə istinadən xəbər verir ki, o, bu barədə "Funke” media qrupunun qəzetlərinə müsahibəsində bildirib.

"Böyük idman yarışlarına ev sahibliyi edən ölkələr gücsüz deyil. Onlar viza verməklə rusların bu yarışlarda iştirak edib-etməməsinə nəzarət edə bilərlər", - Fezer deyib.

"Əgər biz Almaniyada beynəlxalq yarışlar təşkil etsək, o zaman buna uyğun hərəkət edə bilərik. Burada həmişə aydın mövqe ilə çıxış edəcəyik", - o vurğulayıb.
Fezer vurğulayır ki, Rusiyadan olan idmançılara beynəlxalq yarışlarda iştirakına icazə "ukraynalı idmançıların üzünə bir sillə" olardı.

"Müharibəni qızışdıran Putinə təbliğat səhnəsi təklif etmək idmanın bütün dəyərlərinə xəyanət etmək deməkdir”, - nazir bildirib.

Xatırladaq ki, martın 28-də BOK İcraiyyə Komitəsi öz iclasında beynəlxalq idman federasiyalarına Rusiya və Belarus idmançılarının geri qaytarılması ilə bağlı tövsiyələrini verib, lakin bir sıra şərtlər irəli sürüb.

Şərtlər, xüsusən, Rusiya və ya Belarus pasportu olan idmançıların yalnız neytral fərdi idmançılar kimi yarışmasını nəzərdə tutur. Bundan əlavə, müharibəni aktiv dəstəkləyən idmançılar və əməkdaşlar yarışa bilməz.

Qeyd edək ki, söhbət tövsiyələrdən gedir, yekun qərarı fərdi idman növləri üzrə federasiyalar verəcək.

Rusiya və Belarus idmançılarının 2024-cü il Olimpiadasında iştirakı ilə bağlı qərara hələlik baxılmayıb.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26