Interposta.Info

"Bu heç vaxt baş verməyəcək" - Zelenskinin xanımı

Dünya
 29-06-2023, 09:47     118 313

Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya siyasətə qarışmaq istəmədiyini bildirib.

anım Zelenskaya bunun heç vaxt baş verməyəcəyini deyib.

"Xeyr, istəmirəm. Bura mənim ərazim deyil... Mən bunu istəmirəm, buna can atmıram. Ona görə də bu, heç vaxt baş verməyəcək”, deyə Ukraynanın birinci xanımı bildirib.

Zelenskayanın sözlərinə görə, o, dövlətdə baş verən proseslərə təsir göstərmir, lakin humanitar və sosial sahədə təşəbbüsləri dəstəkləyə bilər.

Bundan əvvəl Ukrayna prezidentinin xanımı "RBC-Ukrayna"ya müsahibəsində ölkədəki hərbi əməliyyatların əhalinin psixi sağlamlığına mənfi təsir göstərməsindən narahatlığını bildirib. O, həmçinin əlavə edib ki, bütün dünyanın danışdığı ukraynalıların dözümlülüyünün də hüdudları var və zaman keçdikcə davamlı zərbələr əhalini parçalaya, onu psixi pozğunluqlara daha çox meylləndirə bilər./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26