Interposta.Info

Ukrayna bütün sülh planlarından imtina etdi: “Yalnız bir sülh formulu ola bilər”

Dünya
 23-05-2023, 22:36     535

Ukrayna digər dövlətlərin təklif etdiyi bütün sülh təkliflərini dinləməyə hazırdır, lakin burada yalnız Ukraynanın "sülh formulu”nu tətbiq etmək olar.

"İnterPosta" xəbər verir ki, bu barədə "Azadlıq” radiosuna müsahibəsində Ukrayna prezidenti ofisinin rəhbərinin müavini İqor Jovkva bildirib.


O bildirib ki, müharibə Ukrayna ərazisində gedir, ona görə də burada Ukrayna sülh formulu olmalıdır. Digər dövlətlərin də mövqeləri Ukrayna üçün məqbul olarsa, nəzərə alınacaq.

"Ukraynada sülh üçün "Braziliya planı”, "Çin planı”, "Afrika planı”, "Vatikan planı” ola bilməz. Müharibə Ukrayna ərazisində getdiyi üçün sülhün yalnız Ukrayna formulu olmalıdır. Ukrayna prezidenti istənilən təklifi dinləməyə hazırdır. Həmin təkliflər artıq bir neçə dəfə səslənib. Lakin bütün bu təkliflər, əgər Ukrayna tərəfi üçün məqbuldursa, ilk növbədə, prezident Zelenskinin sülh formulunun müvafiq əsasına daxil edilməlidir”, - deyə Jovkva bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26