Interposta.Info

ABŞ Çinin "sülh təşəbbüsündəki" səhvi açıqladı
 

Dünya
 27-02-2023, 12:04     273

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Çin istənilən "sülh təşəbbüsləri”nin hazırlanmasında Ukraynanı da cəlb etməli idi.

Qaynarinfo-nun məlumatına görə, Amerika Birləşmiş Ştatları prezidentinin müşaviri "NBC News" telekanalına müsahibəsində bildirib ki, Çinin bütün dövlətlərin suverenliyinə hörmətlə bağlı "sülh planı”nın yalnız birinci bəndini bəyənib.

"Plan bununla bitə bilər, çünki Rusiya Ukraynanın suverenliyinə hörmət etməklə və qoşunları çıxarmaqla bu müharibəni bitirə bilər", - Sallivan deyib.

O, həmçinin xatırladıb ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Çin Xalq Respublikasının lideri Si Szinpinlə ünsiyyət qurmaq istəyini ifadə edib.

"Çin bu planı müharibə başlayandan bəri prezident Si və prezident Zelenski arasında heç bir müzakirə olmadan təklif edib. Çinlilər dəfələrlə rusiyalılarla danışıblar, lakin ən yüksək səviyyədə ukraynalılarla danışmayıblar", - Sallivan bildirib.

ABŞ prezidentinin müşaviri birtərəfli diplomatiya olduğu halda hər hansı sülh təşəbbüsünün irəli sürülməsini çox çətin proses hesab edir.

"Bizim nöqteyi-nəzərimizə görə, təklif olunan istənilən sülh planında Ukraynanın iştirak etməsi çox vacibdir. Prezident Bayden həmişə dediyi kimi: Ukraynasız Ukrayna haqqında heç nə. Bu, digər təşəbbüslər kimi, bu təşəbbüsə də aiddir", - Sallivan qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26