Interposta.Info

Zelenski 12-dən çox sui-qəsd cəhdindən sağ çıxıb: MKİ belə kömək edib - "Independent"

Dünya
 17-01-2023, 14:27     208

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri 12-dən çox sui-qəsd cəhdindən sağ çıxıb. Bəzilərinin qarşısının alınmasına ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi kömək edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "İndependent” yazır.

Nəşrin məlumatına görə, publisist Kris Uippl "Ömrün mübarizəsi: Co Baydenin Ağ Evində” kitabında iddia edir ki, Uilyam Börns Ukraynaya genişmiqyaslı işğaldan əvvəlki dövrdə gizli səfərə gəlib.

Kitabda deyilir ki, ABŞ prezidenti Co Bayden Börnsə Zelenskiyə "Rusiya sui-qəsdlərinin dəqiq təfərrüatlarını” söyləməyi tapşırıb.

"Bu, dərhal Zelenskinin diqqətini çəkdi, o, bu xəbərdən məəttəl qaldı və şoka düşdü”, - "İndependent” Uipplın kitabından sitat gətirir.

Nəşr əlavə edir ki, Zelenski müharibə başlayandan bəri 12-dən çox sui-qəsd cəhdindən sağ çıxıb, ən azı iki cəhdin qarşısı Börnsun Kiyevə səfəri zamanı açıqladığı ABŞ kəşfiyyatın məlumatları əsasında alınıb.

"Bu kəşfiyyat məlumatı o qədər təfərrüatlı idi ki, Zelenskinin təhlükəsizlik qüvvələrinə Rusiya tərəfindən onun həyatına iki ayrı cəhdin qarşısını almağa kömək etdi", - Uippl yazır.

İyunun 18-də Ukraynanın Milli təhlükəsizlik və müdafiə şurasının katibi Aleksiy Danilov bildirib ki, Rusiya Federasiyası genişmiqyaslı müdaxiləyə başlayandan bəri Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı beş sui-qəsd cəhdi olub.

Mayın əvvəlində Zelenski Avstraliyanın "Nine Network” telekanalına verdiyi müsahibədə Rusiyanın hazırladığı ən azı 10 sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26