Interposta.Info

ABŞ və Türkiyə prezidentlərinin müşavirləri regional məsələləri müzakirə ediblər

Siyasət
 17-07-2021, 09:02     649

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan və Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın arasında telefon danışığı olub. Söhbət zamanı iyun ayında Brüsseldə NATO sammiti çərçivəsində iki ölkə rəhbəri arasında keçirilmiş görüşün inkişaf etdirilməsi yolları müzakirə olunub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Emili Horn açıqlama verib.

Onun sözlərinə görə, C.Sallivan və İ.Kalın “Prezident Co Bayden və Prezident Rəcəb Tayyib Ərdoğan arasında 14 iyunda baş tutan görüşün inkişafına dair bir sıra regional məsələləri müzakirə ediblər”. Horn iki dövlət başçısının müşavirləri arasındakı söhbətə dair digər təfərrüatlardan söz açmayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26