Interposta.Info

Bayden Ukraynaya getmək istəyir

Dünya
 10-05-2022, 12:30     321

ABŞ prezidenti Co Bayden Ukraynaya getmək istəyir. Lakin hələlik Kiyevə hansısa səfər planlaşdırılmır. AzVision.az xəbər verir ki, bunu Amerika prezidentinin mətbuat katibi Cen Psaki deyib.

Xatırladaq ki, mayın 8-də ABŞ-ın birinci xanımı Cil Bayden gözlənilmədən Ukraynaya gəlib. O,Ujqorodda Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb, onunla birgə məcburi köçkünlərin yerləşdiyi məktəbə baş çəkib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26