Interposta.Info

Baydendən dünya müharibəsi xəbərdarlığı etdi SON DƏQİQƏ

Siyasət / Manşet
 11-02-2022, 09:31     589

Amerika Birləşmiş Ştatları Prezidenti Co Bayden amerikalıları dərhal Ukraynanı tərk etməyə çağırıb.

"İnterPosta" Lent.az-a istinadən xəbər verir ki, bu barədə Bayden NBC telekanalına müsahibəsində deyib.

Eyni zamanda, Ağ Evin rəhbəri xəbərdarlıq edib ki, ABŞ vətəndaşlarının təxliyəsi üçün Ukraynaya Amerika qoşunlarının göndərilməsini nəzərdə tutulmur.

Bayden Ukraynaya qoşun göndərməkdən imtina etməsini onunla izah edib ki, əgər amerikalılar və ruslar bir-birinə atəş açsalar, o zaman dünya müharibəsi başlayacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26