Interposta.Info

Bayden ölüm cəzasının ləğvini istəyir

Dünya
 3-07-2021, 09:49     482

ABŞ prezidenti Co Bayden ölkədə ölüm cəzasının ləğv edilməsini dəstəkləyir.

Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

“Prezident açıq şəkildə edamların dayandırılmasını istəyir. Baş prokurorun irəliyə addım atdığını görəndə sevinir”- deyə Psaki qeyd edib.

ABŞ Baş prokuroru Merrik Harland Ədliyyə Nazirliyinin müvafiq prosedurlarını yoxlayarkən ölüm hökmünün federal səviyyədə icrasına moratorium elan edib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26