Interposta.Info

Qazaxıstan ölüm hökmünü ləğv etdi

 

Dünya
 23-12-2021, 13:08     11 937

Qazaxıstan Senatı (parlamentin yuxarı palatası) ölüm hökmünün ləğvi ilə bağlı qanunvericiliyə əlavə və dəyişiklikləri nəzərdə tutan qanun layihəsini qəbul edib. Dəyişikliklərə əsasən, ölüm hökmü ölkə Cinayət Məcəlləsinin bütün maddələrindən çıxarılacaq.

Məlum olduğu kimi, qanunvericiliyə düzəlişlər BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktına ölüm hökmünün ləğvi üçün nəzərdə tutulmuş İkinci Fakültativ Protokol əsasında hazırlanıb. Respublika bu sənədi 2021-ci ilin yanvarında ratifikasiya edib.

Xatırladaq ki, indi Qazaxıstanda ölüm hökmünə moratorium tətbiq edilib. 2003-cü il dekabrın 17-də ölkənin birinci prezidenti Nursultan Nazarbayev ölüm hökmünün ləğvi məsələsi həll olunana qədər cəzaların icrasına qeyri-müəyyən moratoriumun tətbiq edilməsini elan edib. Qərar 2004-cü il yanvarın 1-dən qüvvəyə minib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26