Cənubi Koreya prezidenti vədinə əməl etdi: Ölkə sakinləri bir gecədə 1-2 yaş “cavanlaşdılar”
Cənubi Koreyada ənənəvi hesablamadan imtina edilib və beynəlxalq yaş hesablama standartı qəbul olunub.
Müvafiq qanunlara edilən dəyişikliklər iyunun 28-dən qüvvəyə minib.
Bu dəyişikliklər inzibati və hüquqi sferanı əhatə edəcək. Bunun sayəsində ölkə sakinləri 1-2 il “cavanlaşıblar”.
Cənubi Koreyada indiyədək üç yaş sistemindən istifadə olunurdu. Birinci sistemə əsasən, insanın bir yaşı onun doğulduğu gün tamamlanmış hesab edilir, bununla da onun ana bətnində keçirdiyi vaxt da nəzərə alınırdı. Həmçinin yeni təqvim ilinin əvvəlində daha bir il əlavə olunurdu.
İkinci sistem beynəlxalq səviyyədə tanınıb və bu zaman insanın yaşı onun doğum günü tarixinə görə təyin edilir.
Üçüncü sistemə əsasən, yalnız Yeni ilin ilk günündə insanın yaşı üzərinə bir il əlavə olunurdu.
Qeyd olunur ki, beynəlxalq hesablama sistemi yaşların müxtəlif hesablanma üsullarının paralel tətbiqi nəticəsində inzibati-hüquqi sferada yaranan qarışıqlığı minimuma endirə bilər. Məsələn, pensiya almaq hüququnun müəyyən edilməsi zamanı bu üsul effektiv ola bilər. Ancaq hakimiyyət məktəbə qəbul yaşı, orduya çağırış, tütün və spirtli içkilərin alınmasına qoyulan məhdudiyyətlərlə bağlı köhnə qaydalarda dəyişiklik etməyəcək. Bu hallarda qarışıq sistemdən istifadə davam edəcək.
Qeyd edək ki, vahid yaş sistemi Cənubi Koreya Prezidenti Yun Sok Yolun seçkiqabağı vədlərindən biri idi.\izvestiya
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26