Interposta.Info

Avropada rus casuslarının ən çox cəmləşdiyi ölkə açıqlandı
 

Dünya
 27-06-2023, 16:46     169

İsveçrə ölkədəki rus casuslarının sayına görə Avropanın "liderlərindən” biri olub.

Qaynarinfo xəbər verir ki, bu barədə İsveçrə Federal Kəşfiyyat Xidmətinin açıqladığı hesabatda deyilir.

İsveçrə kəşfiyyatının məlumatına görə, xarici (əsasən Rusiya və Çin) casusluq təhlükəsi kifayət qədər yüksəkdir. Rus casusları əsasən diplomatik pərdə altında fəaliyyət göstərirlər.

Rusiya kəşfiyyatının kiçik, neytral İsveçrəyə bu qədər ciddi diqqət yetirməsinin səbəbi bir çox beynəlxalq təşkilatların qərargahlarının ölkə ərazisində yerləşməsi ilə izah olunur. Xüsusilə də İsveçrə kəşfiyyatı rusların BMT Təhlükəsizlik Şurası ilə işləməyə məsul olan İsveçrə rəsmilərindən öz məqsədləri üçün istifadə etməyə çalışacağından ehtiyat edir.

İsveçrə kəşfiyyatının daha bir başağrısı Moskvanın Rusiya Federasiyasına tətbiq edilən sanksiyalardan yan keçmə cəhdlərinə qarşı mübarizədir.

"Rusiya satınalma üçün Avrasiya İqtisadi İttifaqı, Türkiyə və Hindistan şirkətlərindən istifadə etdiyinə görə, monitorinq fəaliyyətləri keçmişdə az diqqət çəkən regionlara da şamil edilməlidir”, deyə hesabatda bildirilir./Aydın.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26