Interposta.Info

Latviya ruslara bütün növ vizaların verilməsini dayandırdı
 

Dünya
 27-06-2023, 12:14     152

İyunun 26-dan Latviya Rusiya Federasiyası vətəndaşları üçün bütün növ viza müraciətlərini dayandırıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyinin saytında məlumat verilir.


"Rusiyada daxili siyasi hadisələrin gözlənilməz inkişafı ilə əlaqədar 2023-cü il iyunun 26-dan Latviyanın xaricdəki diplomatik və konsulluq nümayəndəlikləri Rusiya vətəndaşlarından bütün növ viza müraciətlərinin qəbulunu dayandırıblar”, deyə məlumatda bildirilir.

Qeyd olunur ki, iyunun 25-dək qəbul edilən və baxılmağa başlanan viza müraciətlərinə baxılacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26