Interposta.Info

Batmış “Titanik”ə ekskursiya təşkil edən “Titan” sualtı qayığı nədən yoxa çıxıb?

 

Dünya
 22-06-2023, 15:02     194

Atlantik okeanında göyərtəsindəki adamlarla birlikdə itkin düşmüş "Titan"ın axtarışları davam edərkən, mütəxəssislər baş verənlərlə bağlı mümkün versiyalarını irəli sürüblər.

"İnterPosta" xəbər verir ki, birinci dərəcəli kapitan, Sankt-Peterburqdakı sualtı qayıqlar klubunun sədri İqor Kurdin bu haqda danışıb. O, məsələn, gəmidə akkumulyatordan yanğın baş verə və içəri su girə biləcəyini deyib.

"Dənizə hər çıxışdan əvvəl sualtı qayıqların su sızması yoxlanılır. Bu, dalışdan əvvəl məcburi bir prosedurdur. Bu batiskafda belə yoxlamalar aparılıbmı ... mən buna çox şübhə edirəm", - Kudrin deyib.

O, suya batırılan zaman aparatın gövdəsinin tab gətirmədiyini və suyun içəri girdiyini də istisna etməyib.

Kudrin qeyd edib ki, batiskafın "Titanik”ə çatması üçün təxmini vaxt səkkiz saata yaxındır. "O, həm üfüqi, həm də şaquli istiqamətdə çox yavaş hərəkət edir, bu, nüvə sualtı qayığı deyil. Buna görə də, sualtı qayığın 1:45 dəqiqədən sonra əlaqə kəsildikdə, onun hesablanmış nöqtəyə çatmadığını və qeyri-adi bir şeyin baş verdiyini güman etmək lazımdır", - o əlavə edib.

Bundan əvvəl NBC telekanalı bildirmişdi ki, Atlantik okeanında itən batiskafın gövdəsində "dövri yorğunluq” əlamətləri görünür.

Xatırladaq ki, iyunun 18-də "OceanGate Expeditions”ın batiskafi Şimali Atlantik okeanında "Titanik”in qalıqlarına ekspedisiya zamanı radarlardan itib. Bildirilib ki, gəmidə 5 nəfər - britaniyalı milyarder Həmiş Hardinq, OceanGate Expeditions şirkətinin təsisçisi Stokton Raş, fransız alim Paul-Henri Nargeole, pakistanlı iş adamı Şahzadə Davud oğlu ilə birlikdə olub. Ekspedisiyada iştirak üçün onların hər biri təqribən 250 min dollar verib. Son məlumatlara görə, gəmidə bir neçə saatlıq oksigen qalıb. Axtarış əməliyyatı davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26