Interposta.Info

Türkiyə sularında Hitlerin sualtı-qayıqları aşkarlandı -

Ölkə
 2-02-2019, 12:07     10 770

Türkiyənin dəniz mühəndisi və dalğıc Səlcuq Kolay Qara dənizin dibində İkinci dünya müharibəsinə aid üç sualtı qayıq aşkarlayıb.

TRT Haber telekanalı sualtı qayıqların axtarışları haqqında sənədli film hazırlayıb.

Faşist Almaniyasının Hərbi Dəniz Qüvvələrinə aid “U-23”, “U-19” və “U-20” sualtı qayıqları 1944-cü ildə Türkiyə sahilləri yaxınlığında batıb.

Onları yerini uzun müddət tapılmadığından sualtı qayıqlara “Hitlerin itirilmiş donanması” adı verilib.

Məlumat əsasən “U-23” Aqva şəhəri yaxınlığındakı sularda, “U-19” və “U-20” “submarin”ləri isə İstanbul sahilləri yaxınlığında 25 metrdən 300-metrə qədər dərinlikdə tapılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26