Interposta.Info

İtkin düşən həmyerlimizin Varşavada meyiti tapıldı

 

Dünya
 22-06-2023, 14:54     160

Varşava şəhərində yaşayan həmyerlimiz Yusif Həsənovun meyiti tapılıb.

Bu barədə məlumatı Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, soydaşımızın meyiti göldən tapılıb:

“Əfsuslar olsun ki, soydaşımızın göldən cəsədi tapıldı. Yaxınlarına və ailə üzvlərinə başsağlığı veririk”.

Qeyd edək ki, Y.Həsənov itkin kimi axtarılırdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26