Interposta.Info

 

Ukraynada müharibəni tənqid edən şəxs Rusiyaya səfir təyin olundu

Dünya
 21-06-2023, 14:52     159

Aleksandr Lambsdorf Almaniyanın Rusiyada yeni səfiri olacaq.

Bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat verib.

56 yaşlı A.Lambsdorf hazırda Bundestaqda Azad Demokrat Partiyası fraksiyasının rəhbər müavini vəzifəsində çalışır.

Səfir vəzifəsinin icrasına yayda başlayacaq. O, 2019-cu ilin sentyabrında Almaniyanın Rusiyadakı səfiri təyin edilmiş Qeza Andreas fon Qeyri əvəz edəcək. Qeyr isə Almaniyanın NATO-dakı nümayəndəsini əvəz edəcək.
Lambsdorf Almaniyada hakim birliyin ən təcrübəli üzvlərindən biridir. O, 2000-2003-cü illərdə ABŞ səfirliyində işləyib, daha sonra Xarici İşlər Nazirliyinin Rusiya Federasiyası üzrə işçi qrupunun rəhbəri olub. Bu vəzifədən sonra Avropa Parlamentinə, sonra isə Bundestaqa keçid edib.

Diplomat Rusiyanın Ukraynada müharibəyə başlamaq qərarını dəfələrlə tənqid edib. Əvvəllər sülh danışıqlarının tərəfdarı olan Lambsdorf hazırda problemin yalnız diplomatiya yolu ilə həllinin çətin olacağını düşünür. O, Almaniyanın Kiyevə dəstək verməli olduğu qənaətindədir.\“Der Spiegel”

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26