Interposta.Info

ABŞ Ukraynanın əks-hücum zamanı itirdiyi zirehli texnikanı təcili olaraq əvəz edəcək

 

Dünya
 13-06-2023, 22:15     222

Ukraynanın əks-hücum zamanı məruz qaldığı texnika itkiləri Kiyevin müttəfiqləri tərəfindən tez bir zamanda kompensasiya ediləcək. Çərşənbə axşamı ABŞ təcili olaraq 325 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayıracaq.

"İnterPosta" xəbər verir ki, bu barədə "Amerikanın səsi"nin jurnalisti Karla Babb ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisinə istinadən yazır.

Əks-hücum zamanı itirilmiş maşınların müqabilində Ukraynaya yeni Stryker və Bradley zirehli maşınları veriləcək. Bundan əlavə, ABŞ NASAMS hava hücumundan müdafiə sistemləri və HIMARS qurğuları üçün sursat təmin edəcək. Yardım Presidential Drawdown Authority mexanizmi vasitəsilə və ya birbaşa ABŞ ordusunun ehtiyatlarından ayrılacaq.

Ukrayna hücumun ilk bir neçə günündə təxminən 17 Bradley piyada döyüş maşını itirib. Maşınların çoxu zədələnib və atılıb, lakin məhv edilməyib. Bu, Vaşinqtonun tədarük etdiyi 109 döyüş maşınının 15,5%-ni təşkil edir. Bradley piyada döyüş maşını 10-a qədər piyada əsgər daşıyır və onları atəşlə dəstəkləyir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26