Interposta.Info

ABŞ bu gün Ukraynaya rekord məbləğdə yardım ayıracaq

Dünya
 6-01-2023, 09:59     324

Pentaqondan alınan məlumata görə, yanvarın 6-da ABŞ hakimiyyəti Ukraynaya yeni hərbi yardım paketini elan edəcək.

Qaynarinfo "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir ki, bu, rekord məbləğ - 2,85 milyard dollar təşkil edəcək.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder mətbuat konfransı zamanı yeni yardım paketinə "Bradley" piyada döyüş maşınlarının daxil olacağını təsdiqləyib: "Mən təsdiq edə bilərəm ki, sabah Ukraynaya təhlükəsizlik yardımının növbəti mərhələsi gözlənilir".

AP mənbələrinin məlumatına görə, ABŞ onlarla "Bradley" maşınlarını Ukraynaya göndərəcək.

Rayder ABŞ-ın Ukraynaya "Abrams” tankları göndərməyi planlaşdırmaması ilə bağlı mediada yayılan xəbərlərə cavab verib. Pentaqon sözçüsü bu mövzuda əlavə məlumatı olmadığını, lakin Vaşinqtonun orta və uzunmüddətli perspektivdə bütün mümkün variantları nəzərdən keçirəcəyini qeyd edib. Eyni zamanda, Rayder gələcəkdə çatdırılması planlaşdırılan "Bradey"i "tank qatilləri” adlandırıb.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü həmçinin bildirib ki, Vaşinqton ukraynalılara ABŞ-da və ya üçüncü ölkələrdə "Patriot” hava hücumundan müdafiə sistemindən istifadə etmək üçün təlim keçməyi nəzərdən keçirir. Bununla belə, təfərrüatlar hələ də işlənir.

Ağ Evin sözçüsü Con Kirbi bir gün əvvəl bildirib ki, yeni yardım paketinə HIMARS çoxsaylı buraxılış raket sistemlərinin əlavə qurğuları da daxil ola bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26