Interposta.Info

Kaxovka SES-də partlayışdan bir həftə əvvəl Rusiya terrorla bağlı nəyə icazə verib?

Dünya
 6-06-2023, 14:47     261

Kaxovka SES-də partlayışdan bir həftə əvvəl Rusiya hakimiyyəti "hərbi hərəkətlər" və terror aktları nəticəsində təhlükəli obyektlərdə, o cümlədən işğal olunmuş ərazilərdə baş vermiş qəzaları araşdırmamağa icazə verib. 30 may tarixli sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

"İnterPosta"xəbər verir ki, bu barədə "İnsider” yazır.

Rusiyanın baş naziri Mixail Mişustinin imzaladığı fərman dərc edildiyi gündən, yəni mayın 31-dən qüvvəyə minib.

Belə ki, hökumətin 873 nömrəli qərarında "Təhlükəli istehsal obyektlərinin sənaye təhlükəsizliyi sahələrində Rusiya Federasiyası qanunvericiliyinin müddəalarının "DXR”, "LXR”, Zaporojye vilayəti və Xerson vilayətinin ərazilərində tətbiqinin xüsusiyyətləri haqqında" və hidrotexniki qurğuların təhlükəsizliyinin təmin edilməsi" qəzaları haqqında sonuncu, onuncu bənd var. Həmin bəndə görə, "2028-ci il yanvarın 1-dək hərbi əməliyyatlar, diversiya və terror aktları nəticəsində təhlükəli istehsalat obyektlərində baş vermiş qəzaların və hidrotexniki qurğuların qəzalarının texniki təhqiqatı aparılmır”.

Həmçinin, sənəddə 2023-cü il sentyabrın 1-dək və 2024-cü il martın 1-dək "DXR, LXR", Zaporojye və Xerson vilayətlərindəki obyektlərdə "Təhlükəli istehsal obyektlərinin sənaye təhlükəsizliyi haqqında" və "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" federal qanunlarının bəndlərinin təbiq edilməməsi barədə müddəa var.

Qeyd edək ki, iyunun 6-da səhər saatlarında Ukraynanın "Cənub” operativ komandanlığı Rusiya qoşunlarının Kaxovka su elektrik stansiyasının bəndini partlatdığını bəyan edib. "Ukrhidroenerqo” iddia edir ki, Kaxovka SES tamamilə dağılıb və onu bərpa etmək mümkün deyil. Rusiyanın TASS dövlət agentliyi yazır ki, Kaxovka SES-in keçidlərinin yarısı artıq dağılıb, dağılma davam edir.

Ukrayna prezidentinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Səhər yeməyi şousu” verilişində bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kaxovka SES Rusiya Silahlı Qüvvələrinin 205-ci motoatıcı briqadası tərəfindın partladılıb. Ukrayna prezidenti Volodimir Zelenski təcili olaraq Milli Təhlükəsizlik Şurasının iclasını keçirir.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26