Interposta.Info

Ukrayna partizanlar daha bir vətən xainini öldürdü – Qisas siyahısı

Dünya
 29-08-2022, 20:52     228

Xerson vilayətində Rusiya tərəfinə keçən Ukraynanın keçmiş xalq deputatı Aleksey Kovalyov öldürülüb.

Qaynarinfo "Astra” teleqram kanallarına istinadla xəbər verir ki, Qolaya Pristan şəhərindəki evində başından güllə yarası almış kişi meyiti tapılıb. Meyitin yanında Kovalevin özünə məxsus ov tüfəngi olub.

İlkin məlumata görə, hücum avqustun 28-də saat 15 radələrində baş verib. Naməlum şəxslər Kovalyovun şəxsi evinə daxil olub, orada onu "Mossberg” markalı ov tüfəngi ilə vurub və onunla yaşayan qadını bıçaqla yaralayıblar. 38 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

İşğal olunmuş bölgədə Kovalyov başçının kənd təsərrüfatı üzrə müavini olub. İyunun 22-də ona bir dəfə hücum edilib - onun avtomobili partladılıb. Partlayışdan o, xəsarət almamış və xəstəxanada onu qorxuda bilməyəcəklərini və işə qayıdacağını bildirib.

Rusiyanın nəzarətində olan Xerson və Zaporojye vilayətlərinin rəsmiləri dəfələrlə hücuma məruz qalıb. İşğalçı hakimiyyət Ukrayna hərbçilərini sui-qəsdlərdə ittiham edir. Ukrayna tərəfi də öz növbəsində bunun partizanların işi olduğunu iddia edir.

Xatırladaq ki, avqustun 26-da Berdyanskda rusiyapərəst administrasiyanın yol polisi rəisinin müavini Aleksandr Kolesnikovun avtomobili partladılıb. Qəlpə yaraları ilə xəstəxanaya çatdırılan Kolesnikov orada dünyasını dəyişib.

Avqustun 24-də Zaporojyenin Mixaylovkasında rusiyapərəst kənd başçısı İvan Suşkonun olduğu avtomobil partladılıb. O, yerindəcə ölüb.

Ondan bir gün əvvəl, avqustun 23-də işğal olunmuş Xerson vilayətinin daxili siyasət idarəsinin rəis müavini İqor Teleginin həyatına qəsd edilib. Hücum üçün əldəqayırma bomba istifadə edilib. Cəhd uğursuz alınıb, Telegin sağdır.

Avqustun 12-də Melitopolda "Vahid Rusiya"nın seçki qərargahının rəhbərlərindən biri Oleq Şostakın avtomobili partladılıb, o, yaralı halda xəstəxanaya çatdırılıb və sağ qalıb.

Avqustun 6-da naməlum şəxs rusiyayönlü Nova Kaxovka administrasiyasının rəhbərinin mənzil-kommunal təsərrüfatı sektoruna rəhbərlik edən müavini Vitali Quruya bir neçə dəfə atəş açıb. O, aldığı yaralardan dünyasını dəyişib.

Avqustun 5-də Kremlin Xersondakı digər nümayəndəsi, işğal vilayət administrasiyasının rəhbəri Vladimir Saldo xəstəxanaya yerləşdirilib. Rusiya Müdafiə Nazirliyi onun kimyəvi silahla zəhərləndiyini bildirib.

İyulun 11-də Xarkov vilayətindəki rusiyapərəst Veliki Burluk administrasiyasının rəhbəri Yevgeni Yunakovun avtomobili partladılıb. O ölüb.

İyunun 24-də Xersonda Rusiya tərəfindən təyin edilmiş gənclər siyasəti və idman şöbəsinin müdiri Dmitri Savluçenko avtomobilin partlaması nəticəsində ölüb.
İyunun 22-də Çernobayevka hərbi-mülki administrasiyasının rəhbəri Yuri Turulev partlayış nəticəsində yaralanıb.

İyunun 18-də partlayış nəticəsində Penitensiar xidmətin Xerson şöbəsinin rəisi Yevgeni Sobolev yaralanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26