Interposta.Info

Ukrayna Prezident Ofisi: “Rusiyanın daha 2 generalı öldürülüb”

İqtisadiyyat
 11-06-2022, 10:05     98

“Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin zərbəsi zamanı işğalçıların iki generalı öldürülüb, onlardan biri bölgənin Rusiyaya birləşməsi ilə bağlı “referendum”un təşkilinə cavabdeh olan Federal Təhlükəsizlik Xidmətinin generalı olub”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç “Feygin Live” verilişinin yayımından bildirib.

“Xerson vilayətində “referendum” təşkil etmək çox zərərlidir”, - Prezident Ofisinin rəsmisi qeyd edib.

Xatırladaq ki, ötən gün Oleksiy Arestoviç Ukrayna qüvvələrinin Xerson şəhərindən 20 km məsafədə olduğunu və bu şəraitdə “referendum”un baş tutmayacağını vurğulayıb.

Qeyd edək ki, martın 2-də Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xerson vilayətinin eyniadlı mərkəzini ələ keçirdiyini açıqlayıb. Bundan sonra bölgədə Rusiya tərəfindən hakimiyyətə gətirilən qondarma rəhbərlik Rusiyaya birləşmək niyyətini bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26