Türkiyədə seçki günündə hücum planlaşdıran terrorçular yaxalandılar

Türkiyənin Konya şəhərində seçki günü hərəkətə keçməyə hazırlaşan terrorçular yaxalanıblar.
Terror təşkilatı İŞİD-in 6 üzvü Konya Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi və Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Təşkilatı - MİT) birgə əməliyyatı ilə saxlanılıb.
Terrorçuların seçkinin ikinci turunda hərəkətə keçməyi planlaşdırdıqları müəyyən edilib. Məlum olub ki, terror təşkilatı adından qarşıdurma bölgələrində təlim aldıqdan sonra Konyada məskunlaşan A.H. 5 nəfərlik qrup təşkil dib.
Suriyada İŞİD adından edamlar həyata keçirdikləri müəyyən edilən A.H. və H.E. həbs edilib.\TRT Haber
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26