Interposta.Info

İŞİD səkkiz ölkəni terrorla hədələdi - SİYAHI

Dünya
 8-06-2017, 20:23     978

İŞİD terror təşkilatı səkkiz ölkəni terror aktı ilə hədələyib.

APA-nın Belçikanın DH.be nəşrinə istinadən verdiyi məlumata görə, terror təşkilatı bu barədə bəyanat yayıb.

Hədəf seçilən ölkələrin Belçika, ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Kanada, Avstraliya və İtaliya olduğu qeyd edilir.

Bəyanatı yayanlar İslama inananları insanların daha çox toplaşdığı bazarlardan, küçə və meydanlardan uzaq olmağa çağırıblar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26