İmran Xan azad edildi (VİDEO)
Pakistan Ali Məhkəməsi keçmiş baş nazir və müxalif "Ədalət uğrunda hərəkat” partiyasının lideri İmran Xanın həbsi ilə bağlı qərarı qanunsuz elan edib.
Bu barədə "Geo” TV məlumat yayıb.
Məlumata görə, məhkəmə siyasətçinin dərhal azadlığa buraxılması barədə qərar verib.
Xatırladaq ki, Pakistanın keçmiş baş naziri İmran Xan vəzifədə ikən xarici liderlərdən aldığı bahalı hədiyyələrin satışında ittiham olunur.
Bundan əlavə, Pakistan polisi Xana qarşı terrorla mübarizə qanununu pozduğuna görə də ittiham irəli sürüb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26